Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirəcək
21.07.2017 17:08
  • A-
  • A
  • A+

AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirəcək

26 iyul 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində "EXPO-2017 − Gələcəyin enerjisi" adlı beynəlxalq sərgi keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası sərgi çərçivəsində "Energy, Life, Science" mövzusunda konfrans təşkil edəcək.

Konfransda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" adlı məruzələrlə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: