www.science.az
12.09.2017 09:05

Cəlilabadda tunc dövrünə aid məzarlıq və yeni yaşayış məskəni aşkar edilib

Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində qədim məzarlıq və yeni yaşayış məskəni aşkar edilib.

Ərazidə qədim dövrə aid xeyli sayda baş daşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.

Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.