Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur
14.01.2019 12:10
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur

AMEA prezidentinin 21 dekabr 2018-ci il tarixli sərəncamına əsasən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına müsabiqə elan olunur.

AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması məqsədilə təsis edilib.

Mükafata iddiaçılar AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisə və təşkilatlarının elmi şuraları tərəfindən irəli sürülür. İddiaçılar yalnız AMEA-nın əməkdaşları və ya yaradıcı kollektivləri ola bilər. Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 15 fevral 2019-cu il tarixinədək AMEA-nın Elm və təhsil baş idarəsinə təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda müsabiqəyə təqdim olunan elmi-populyar əsər və onun müəllifi haqqında ətraflı məlumat);

- müəllifin şəxsiyyət vəsiqəsinin surəti;

- müsabiqəyə təqdim olunan əsərlərin hərəsindən 1 nüsxə.

AMEA Rəyasət Heyətinin mükafatına layiq görülən şəxslərə müvafiq diplom və 3 min manat məbləğində pul mükafatı verilir. Mükafata kollektiv layiq görüldükdə, diplom müəlliflərin hər birinə verilir, pul mükafatı isə müəlliflər arasında bərabər bölünür.

Müsabiqənin nəticələri 27 Mart – Elm Günü ərəfəsində elan olunacaq.

Tel.: (+994 12) 492 59 45;

E-mail: etbi@science.az

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30 (502-ci otaq).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: