Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ABŞ-ın Missuri Universitetinin seysmoloqları ölkəmizdə tədqiqatlar aparacaqlar
13.09.2021 13:57
  • A-
  • A
  • A+

ABŞ-ın Missuri Universitetinin seysmoloqları ölkəmizdə tədqiqatlar aparacaqlar

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin  “Qafqaz kəsilişi” birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Bununla bağlı Missuri Universitetinin professoru Erik Sandvol, universitetin elmi işçiləri Utku Koçum və Oğuzxan Yalvac Azərbaycanda səfərdədirlər.

Səfər çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə layihə çərçivəsində nəzərdə tutulmuş proqrama əsasən müvəqqəti quraşdırılmış bir neçə stansiyanın yerləri dəyişdiriləcək. Ucar və Füzuli rayonlarının hər birində 1, Ağcabədidə isə 4 ədəd müvəqqəti seysmik stansiyalar quraşdırılacaq. Bununla yanaşı, qonaqların iştirakı ilə rayonlarda yerləşdirilmiş müvəqqəti stansiyalardan məlumatlar köçürülərək emala yönəldiləcək.

Həmçinin Erik Sandvolun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində RSXM əməkdaşları ilə seysmik tomoqrafiya işlərinin aparılması, eləcə də toplanmış məlumatların emalı ilə bağlı müzakirələr aparacaqlar. Seysmik stansiyalara texniki xidmət göstərilməsi də nəzərdə tutulub.

Xatırladaq ki,  “Qafqaz kəsilişi” layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasıdır. Layihənin icrasına 2017-ci ildən başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: