Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
11.02.2022 12:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin TÜBİTAK başqanı ilə görüşü, Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans, Nəsirəddin Tusinin yaradıcılığına həsr olunmuş dəyirmi masa, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə baş tutan tədbir, “Şuşa İli”nin estetikası - məsuliyyətimiz, vəzifələrimiz”, “Azərbaycanın “Qırmızı kitabı” nəşrə hazırlanır”, “Azərbaycan ədəbiyyatı tarixinin IV cildi: erkən yeni dövr və ya erkən realizm dövrü”, “Klassik şeirimizin mahir bilicisi” sərlövhəli məqalələr, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: