Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb
17.02.2023 11:32
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə göndərilən növbəti humanitar yardım, “Ömür kitabının hər səhifəsi parlaq həyat hekayələri ilə zəngin olan alim – akademik Arif Paşayev”, “Tarixdə görünməmiş qardaşlıq və həmrəylik nümunəsi”, “Molla rejimi: riyakarlıq və düşməncəsinə davranış”, “İranın saxta tarixi”, “Zəngi mahalı” sərlövhəli məqalələr, AMEA-nın Rəyasət Heyətinin iclası, Akademiyanın “Meridian” akt zalında keçirilən ilk müşavirə, “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq konfrans, “Dayanıqlı inkişaf məqsədləri kontekstində qadınların, qızların və elmin rolu” adlı konfrans, elanlar, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: