Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı çap olunub
13.10.2023 12:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul etməsi barədə məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin Naftalan-Goranboy rayonlarına səfəri, “Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər” kitabının təqdimatı, “Milli təfəkkür və tarixi yaddaş şairi Məmməd Araz”, “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda konfranslar, AMEA ilə Alman Akademik Mübadilə Xidməti arasında əməkdaşlıq imkanlarının müzakirəsi, “Aida İmanquliyevanın ictimai-elmşünaslıqda gender və etik baxışları”, “Tibb üzrə tanınmış alim və həkim” sərlövhəli məqalələr və digər informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: