Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
01.12.2023 12:43
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirakı ilə bağlı icmal yer alıb.

Qəzetin ikinci və üçüncü səhifələrində “AMEA-da yeniləşmə prosesləri: struktur islahatları, elmi-tədqiqatların yenidən təşkili və elektron hərəkat” başlıqlı AMEA-nın Ümumi yığıncağına dair yazı dərc edilib.

Bundan əlavə, qəzetdə “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Qazaxıstanın Tarix və Etnologiya İnstitutunun direktoru ilə görüşü, AMEA-nın kollektivinin SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgini ziyarəti ilə bağlı yazılar və digər əhəmiyyətli tədbirlərə dair məlumatlar dərc edilib.

Bügünkü sayda “Elm və gender mədəniyyəti” mövzusunda dəyirmi masa və Mərkəzi Elmi Kitabxananın “Heydər Əliyev İli”nə mühüm töhfələrinə dair yazılar, eləcə də Gəncə memarlıq tarixinin öyrənilməsindən, elmimizin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolundan bəhs edən məqalələr və tanınmış alimlər haqqında yubiley məqalələləri ilə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə tədbirlərə dair yazılar, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: