Veb-sayt | www.yarbis1.yildiz.edu.tr | |
Anadan olduğu yer | Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndi | |
Təvəllüdü | 08.02.1954 | |
Bitirdiyi ali təhsil müəssisəsi | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika | |
Elmi dərəcəsi | Texnika elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
01.02.04 Deformasiya olunan bərk cisimlər mexanikası Elastik mühitdəki iki lifin dayanıqlığının tədqiqi |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
01.02.04 Deformasiya olunan bərk cisimlər mexanikası Əyri struktura sahib kompozit materialların gərginlik vəziyyəti (hissə-hissə bircins cisim modeli) |
|
Müxbir üzv seçilməsi
- tarix - ixtisasın adı |
2001 mexanika |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 405 | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 230 | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 215 | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
33 3 |
|
Əsas elmi nailiyyətləri | Əkbərovun әldә etdiyi elmi nәticәlәri aparılan tәdqiqatların mövzusuna görә üç hissәyә ayrılır. Birinci hissәyә aid nәticәlәri aşağıdakı kimi sıralamaq olar:
1. Xәtti vә hәndәsi qeyri-xәtti elastik vә özlü elastik nәzәriyyәsinin dәqiq tәnliklәrindәn istifadә edәrәk hissә-hissә bircins material modeli әsasında әyilmiş güclәndirici liflәri vә lövhәlәri olan kompozit materiallar mikro-mexanikasının әsasları yaradılmış vә bir çox konkret problemlәrin hәllinә tәtbiq edilmişdir; 2. Əldә edilәn nәzәri nәticәlәr kompozit materialların qırılmasındakı “tiftiklәnmә” effektinin izah edilmәsinә imkan vermişdir; 3. Əyri struktura sahib kompozit materialların mikro-mexanikasından әldә edilәn nәticәlәr bu materialların “effektiv” mexanik xassәlәrinin hesablanmasına uyğunlanmışdır; 4. İki istiqamәtdә lokal vә ya periodik əyilmәlәri olan lif-lövhәli kompozit materialların kontinual nәzәriyyәsi yaradılmışdır vә bu nәzәriyyә bu materiallardan hazırlanmış konstruksiya elementlәrinin bir çox mexanika mәsәlәlәrinin tәdqiq edilmәsinә tәdbiq edilmişdir. 5. Yuxarıda qeyd edilәn nәticәlәr Ukrayna Elmlәr Akademiyasının Mexanika İnstitunun әmәkdaşlarının “Mexanika Kompozitov” adı altında “Naukova Dumka” nәşriyyatında çap etdirdiyi 12 cildlik monoqrafiyaların “Mexanika materialov s iskrivlyonnimi strukturami, 1995, Naukova Dumka, 320 str.” adlı 4-cü cildinin hәm әsas müәllifi vә hәm dә elmi redaktorlarından biri olmuşdur 6. Yuxarıdakı elmi nәticәlәr daha әtraflı bir şәkildə “ S.D. Akbarov and A.N. Guz “Mechanics of Curved Composites” 2000, 446 p. Kluwer Academic Publishers” monoqrafiyasında verilmişdir 7. Yuxarıda qeyd edilәn nәzәriyyә vә metodlar bu günlәrdә dә aktualdır vә nano-kompozit materialların mexanikasını tәdqiq etmәk üçün tәdbiq edilmәkdә vә uyğun elmi araşdırmalar Әkbәrov vә onun doktorantları tәrәfindәn davam etdirilmәkdәdir. Əkbərovun ikinci hissәyә aid elmi nәticәlәri üçölçülü xәttilәşdirilmiş dayanıqlıq nәzәriyyəsinә aiddir. Qeyd edәk ki, bu nәzәriyyә XX әsrin birinci yarısında deformasiya olan bәrk cisim mexanikasının karifeylәri olan Southwell R.V. (1913-ildә), Treffttz (1931 -1933 cü illәrdә), Biezeno C.B vә Hencky H.(1929 –cü ildә), Novozilov VV (1948), Kappus R (1939-cu ildә) , Neuber H (1943-cü ildә) vs tәdqiqatlarında yaradılmış vә XX әsrin ikinci yarısında isә bu nәzәriyyә Biot M.A.(1965-ci ildә yazdığı monoqrafiyasında), Guz A.N. (1971-dәn 2014-cü illәrdә yazdığı bir çox monoqrafiyasında), Green A.E. vә Adkins J.E. (1958-ci ildә yazdığı monoqrafiyasında) vs bu nәzәriyyәni daha da inkişaf etdirmiş vә bir çox konkret problemin hәllinә tәdbiq etmişdir. Ancaq, üçölçülü xәttilәşdirilmiş dayanıqlıq nәzәriyyәsi yuxarıda adı keçәn alimlәrin işlәrindә ancaq mexaniki xassәlәri zamandan asılı olmayan materiallar üçün yaradıla bilmiş vә mexaniki xassәlәri zamandan asılı olmayan materiallardan hazırlanmış konstruksiya elementlәrinin dayanıqlığının öyrәnilmәsinә tәdbiq edilә bilmişdir. Bu problem Əkbərov tərəfindən həll edilmişdir. Əkbərovun bu sahәdә әldә etdiyi elmi nәticәlәri aşağıdakı kimi sıralamaq olar: 1. İlk dәfә üçölçülü xәttlәşdirilmiş dayanıqlıq nәzәriyyәsinin mexaniki xassәlәri zamandan asılı olan materiallar üçün inkişaf etdirmiş vә mexaniki xassәlәri zamandan asılı olan materialdan (mәsәlәn, özlü-elastik materialdan) hazırlanmış konstruksiya elementlәrinin dayanıqlığının öyrәnilmәsinә tәdbiq edilmişdir; 2. Başlanğıcda çatları olan çoxqatlı elastik vә özlü-elastik kompozit materialların tәk vә iki istiqamәtdә sıxılması nәticәsindә delaminasiyonu (yәni, qatlara ayrılması) yuxarıdakı nәzәriyyә tәtbiq edilәrәk öyrәnilmişdir; 3.Özlü-elastik anizotrop materiallardan hazırlanmış silindir vә lövhә şəklindәki konstruksiya elementlәrinin Əkbərovun metodu vasitәsi ilә әldә edilәn nәticәlәrin uyğun mәsәlәlәrin bilinәn tәqribi nәzәriyyәlәr vasitәsi ilә әldә edilәn nәticәlәrdәn çox fәrqli olduğunu göstәrmişdir vә bu metodun hәm nәzәri vә hәm dә tәtbiq mәnasında çox mühümdür; 4.Yuxarıda deyilәn üçölçülü xәttlәşdirilmiş dayanıqlıq nәzәriyyәsi elastik vә özlü elastik tәkistiqamәtli lifli vә coxqatlı (çox lӧvhәli) kompozitlәrin daxili dayanıqlığının öyrәnilmәsinә dә uyğulanmışdır 5. Əkbərovun yuxarıda sıralanan nәticәlәri onun “S.D. Akbarov“ Stability loss and Buckling Delamination: Three-Dimensional Linearized Approach for Elastic and Voscoelastic Composites” Springer, 2012, 446 p. “ monoqrafıyasında verilmişdir. Əkbərovun üçüncü hissәyә aid elmi nәticәlәri başlanğıc gәrilmәsi olan iki-materiallı (elastik-elastik; özlüelastik – elastik, piezoelektrik – elastik vs kimi) çox-tәbәqәli silindirlәrin vә plastinlәrin dinamikasina aiddir. Bu nәticәlәr aşağıdakılardır. 1. Başlanğıc gәrilmәsi olan elastik, özlü-elastik, piezoelastik örtü lövhәdәn vә elastik, özlü-elastik vә piezoelektrik yarı-düzlәm vә yarı-fәzadan, mütlәq bәrk tәmәl üzәrindә olan çoxqatlı plastinlәrdә әmәlә gәlәn sistemlәr dinamikası üçün Lamb mәsәlәsi hәll edilmiş vә әldә edilәn nәticәlәrin zәlzәlәyә görә edilәn hesablarda istifadә edilmәsi yolları göstәrilmişdir: 2. Başlanğıc gәrilmәsi olan elastik vә özlü-elastik lövhәdәn vә elastik vә özlü-elastik yarı-düzlәm vә ya yarı-fәzadan, vә hәm dә mütlәq bәrk tәmәl üzәrindә olan çoxqatlı plastinә tәsir edәn hәrәkәtli vә titrәşimli-hәrәkәtli qüvvәtlәrin kritik surәtlәri tәdqiq edilmiş vә titrәşim tezliyinin kritik surәtә tәsiri öyrәnilmişdir; 3. İki-materiallı sonlu vә kiçik başlanğıc deformasiyaları olan silindirlәrdә burulma, oxa-simmetrik vә әyilmә dalğalarının dispersiyasi öyrәnilmişdir: 4. İkiqatlı örtü lövhәsi vә yarı müstәvidәn әmәlә gәlәn sistemlәrdә ümumilәşmiş Reyley dalğalarının dispersiyası vә bu dispersiyaya başlanğıc gәrilmәlәrin tәsiri araşdırılmışdır Əkbərovun yuxarıda göstərilən nәticәlәri onun “S.D. Akbarov“ Dynamics of pre-stressed bi-material elastic systems: linearized three-dimensional approach” Springer, 2015, 1004 p. “ monoqrafıyasinda verilmişdir. Əkbərovun son illǝrdǝ apardığı tǝdqiqatlar homojen olmayan başlanğıc gərilmǝsi olan vǝ özlü-elastik materiallardan hazırlanan konstruksiya elementlǝrindǝ galğa yayılımının dispersiyasına aiddirlǝr. Bu istiqaamǝtdǝ ǝldǝ edilǝn nǝticǝlǝr bir cox nüfuzlu vǝ yüksek impact faktorlu beynǝlxalq jurnallarda dǝrc edilmişdir. |
|
Elmi əsərlərinin adları | 1.S.D. Akbarov. “Stability Loss and Buckling Delamination: Three-Dimensional Approach for Elastic and Viscoelastic Composites”, Springer, Heidelberg/ New-York/ Dordrecht/ London, 2012, 440p
2. S.D. Akbarov, A.N.Guz “Mechanics of curved composites”, Kluwer Academic Publishers, Dordrecht/ Boston/ London, 2000, 446p 3. S.D. Akbarov et al “Mechanics of composite materials with curved structures”, 1995, Naukova Dumka, Kiev, 320p. (in Russian) 4. Akbarov S.D. On the Determination of Normalized Nonlinear Mechanical Properties of Composite Materials with Periodically Curved Layers, International Journal Solids and Structures , 1995, Vol. 32, Issue 21, Pp:3129-3143. 5. Akbarov S.D. The influence of the third order elastic constants on the dynamical interface stress field in a half-space covered with a pre-stretched layer, International Journal of Non-Linear Mechanics , 2006, Vol. 41, Issue 3, pp. 417-425. 6. Akbarov S.D. On the dynamical axisymmetric stress field in a finite pre-stretched bilayered slab resting on a rigid foundation, Journal of Sound and Vibration , 2006, Vol. 294, Issue 1, pp. 221-237. 7. Akbarov S.D. Dynamical (time-harmonic) axisymmetric interface stress field in the finite pre-strained half-space covered with the finite pre-stretched layer, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 1, pp. 93-112. 8. Akbarov S.D. Frequency response of the axisymmetrically finite pre-stretched slab from incompressible functionally graded material on a rigid foundation, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 8-9, pp. 484-500. 9. Akbarov S.D. Microbuckling of a doublewalled carbon nanotube embedded in an elastic matrix, Internatıonal Journal of Solids and Structures, 2013, Vol 50, Issue 16-17, Pp: 2584-2596. 10. Akbarov S.D. Buckling delamination of elastic and viscoelastic composite plates with cracks: Survey II (Axisymmetric and 3D problems), Mechanıcs of Composıte Materıals , 2013, Vol. 49, Issue 1, Pp:97-106. 11.S.D. Akbarov “ Dynamics of pre-stressed bi-material elastic systems: linearized three-dimensional approach” Springer, 2015, 1004 p. 12. Akbarov S.D., Bagirov E. T. (2019). Axisymmetric longitudinal wave dispersion in a bi-layered circular cylinder with inhomogeneous initial stresses. JOURNAL OF SOUND AND VIBRATION, 450, pp.1-27. 13. Akbarov S.D. (co-author Negin M.) (2019). On attenuation of the seismic Rayleigh waves propagating in an elastic crustal layer over viscoelastic mantle. JOURNAL OF EARTH SYSTEM SCIENCE, 128:181 14. Akbarov S.D. (co-author Kocal T.), (2019). “The influence of the rheological parameters on the dispersion of the flexural waves in a viscoelastic bi-layered hollow cylinder”. STRUCTURAL ENGİNEERİNG AND MECHANİCS, cilt.71, ss.577-601. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | ||
Pedaqoji fəaliyyəti | 26 il professor | |
Digər fəaliyyəti | ||
Təltif və mükafatları | ||
İş yeri və ünvanı | Yıldız Texnik Universiteti, 34349, Beşiktaş, İstanbul, Türkiyə | |
Vəzifəsi | Professor | |
Xidməti tel. | (+994 12) 3832909 | |
Mobil tel . | (+994 542) 2088090 | |
Ev tel. | (+994 12) 4239214 | |
Faks | ||
Elektron poçtu | akbarov@yildiz.edu.tr |