AMEA-nın professorlarının koordinasiya şurası

Veb-sayt     
Ünvan  
Tel.  
Faks  
Elektron poçtu  
Sədr Bəndəliyev Rövşən Əlifağa oğlu
Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi
Sədr müavinləri Ağayeva Dilzarə Nadir qızı 
Biologiya üzrə elmlər doktoru, AMEA-nın Botanika İnstitutunun laboratoriya müdiri
Mahalov İslam Şərif oğlu
Tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I mama-ginekologiya kafedrasının professoru
Elmi katib Məmmədov İlqar Qürbət oğlu
Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri
Şuranın üzvləri Abdullayev Vaqif Maarif oğlu - riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi

İsmayılov Vüqar Elman oğlu - riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri

Cabbarov Rasim Baba oğlu - fizika üzrə elmlər doktoru, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi

Cəfərov Elçin İman oğlu - fizika üzrə elmlər doktoru, AMEA-nın Fizika İnstitutunun şöbə müdiri

Əhmədov Elşad İlyas oğlu - biologiya üzrə elmlər doktoru, AMEA-nın Zoologiya İnstitutunun direktor müavini

Sabitova Aynur Zakir qızı - filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin Xarici ölkələrin ədəbiyyatı kafedrasının müdiri

Abbasov İdris Əziz oğlu - filologiya üzrə elmlər doktoru, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri

Qəhrəmanova Fəridə Xosrov qızıbiologiya üzrə elmlər doktoru, AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi, üzv 
Yaranma tarixi  AMEA-nın professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaq, AMEA Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrasında, habelə kadr hazırlığında və innovativ fəaliyyətin inkişaf etdirilməsində onların fəal iştirakını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyətinin 29 iyun 2018-ci il tarixli qərarı ilə AMEAnın professorlarının koordinasiya şurası yaradılmışdır. 
Əsas fəaliyyət istiqamətləri AMEA-nın professorlarının fəaliyyətinin koordinasiyasını təşkil etmək;

AMEA-nın professorlarının inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləmək;

AMEA-nın professorlarının fəaliyyət proqramının dəstəklənməsi çərçivəsində tədbirlərin təşkili və həyata keçirilməsi işinə yardım göstərmək;

AMEA-nın professorlarının fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması istiqamətindəki işləri təşkil etmək;

AMEA-nın professorları ilə digər elmi və ali təhsil müəssisələrinin mütəxəssislərinin qarşılıqlı informasiya əlaqələrini möhkəmləndirilməsinə yardım etmək;

AMEA-nın məqsəd və vəzifələrinin həyata keçirilməsində AMEA Rəyasət Heyəti üçün təkliflər hazırlamaq;

Elmi sferada müzakirələrin aparılması, elmi-texniki və innovasiya fəaliyyətinə və intellektual mülkiyyətin qorunması məsələlərinə AMEA-nın professorlarını cəlb etmək;

AMEA-nın prioritet elmi istiqamətlər üzrə kadr hazırlığı siyasətində yaxından iştirak etmək.