Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.04.2019 10:58
  • A-
  • A
  • A+

Azərbaycan–İtaliya elmi seminarının iştirakçıları AMEA YT Parkın məhsulları barədə məlumatlandırılıb

Azərbaycan–İtaliya elmi seminarının iştirakçıları AMEA YT Parkın məhsulları barədə məlumatlandırılıb

Bakıda keçirilən İnnovativ polimerlər üzrə Azərbaycan-İtaliya elmi seminarının iştirakçıları AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) səfər edib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin başçılıq etdiyi nümayəndə heyətinə İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luigi Ambrosio, həmin institutun elmi işciləri Giovanna Buonocoren və Marino Lavorgna daxildirlər.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqları rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsullarla yaxından tanış edib.

Azərbaycan-İtaliya elmi seminarının iştirakçıları Xəzər regionunda təkrarı olmayan, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkib, müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. 

Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və keyfiyyət üzrə menecer Kamal Yusifov onlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

İtaliyalı nümayəndələr AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə də yaxından tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: