Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni layihə müsabiqəsi elan edib.
Tibb, biomüxtəliflik, şəhər-kənd sistemləri, sosial-ekoloji tədqiqatlar, rəqəmsallaşma, biliklərin transferi sahələri üzrə layihələr 200 000 avro həcmində maliyyə dəstəyi ala bilər.
Qeydiyyat üçün son tarix noyabrın 28-dir.
Layihələr partnyor alman təşkilatı tərəfindən təqdim edilməlidir.
Müsabiqə haqqında ətraflı məlumatı https://www.bmbf.de rəsmi internet səhifəsindən əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.