Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fiziklər yeni hissəciklər sürətləndiricisinin yaradılması sahəsində inqilab ediblər
12.03.2020 10:05
  • A-
  • A
  • A+

Fiziklər yeni hissəciklər sürətləndiricisinin yaradılması sahəsində inqilab ediblər

20 illik tədqiqatlar nəticəsində yüzlərlə alimdən ibarət beynəlxalq komanda ilk dəfə myuonların (saniyənin iki milyonda biri qədər mövcud olan, daimi olmayan elementar zərrəciklər) ionlaşdırılmış soyudulmasını müvəffəqiyyətlə nümayiş etdiriblər.

“Bu nailiyyət xüsusilə əhəmiyyətlidir və o, Böyük Adron Kollayderini əvəz edəcək lepton kollayderinin hazırlanması paradiqmasını dəyişdirə bilər”, – professor Mozes Çun deyib.

hightech.plus saytının məlumatına görə, kəşf bütün dünya üzrə bir çox alimlərin səylərini birləşdirdiyi MICE yüksək enerjilər fizikası sınaqları çərçivəsində baş tutub. Tədqiqatçılar myuon sürətləndiricilərin qurulmasına gedən yolda mühüm məsələlərdən birini həll edərək, myuonların ionlaşdırılmış soyudulmasına nail olublar.

Böyük Adron Kollayderini əvəz edəcək yeni myuon sürətləndiricisi fundamental səviyyədə materiyanın nədən ibarət olduğunu anlamağa imkan verəcək.

  • Paylaş: