Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

REA sosial izolyasiya dövründə jurnallara girişi açıq elan edib
07.04.2020 13:51
  • A-
  • A
  • A+

REA sosial izolyasiya dövründə jurnallara girişi açıq elan edib

Rusiya Elmlər Akademiyası (REA) sosial izolyasiya rejiminə riayət etmə şəraitində elmi cəmiyyətin yaradıcı fəaliyyətinin davamlı olması üçün imkanların yaradılması məqsədi ilə Rusiyada qeyri-iş günlərində 138 jurnal və digər nəşrlərə azad giriş elan edib. Bu barədə REA-nın vitse-prezidenti, akademik Aleksey Xoxlov məlumat verib.

poisknews.ru saytının məlumatına görə, mayın 1-nə qədər davam edəcək izolyasiya dövründə elibrary.ru platformasında REA-nın jurnallarındakı (cari buraxılışlar da daxildir) məqalələrin PDF-fayllarının yüklənməsi imkanı da daxil olmaqla məhdudiyyətsiz azad giriş təqdim olunur.

Vitse-prezidentin sözlərinə görə, bundan öncə dərc edilmiş məqalələrə azad giriş (PDF-faylların yüklənməsinin imkanı ilə) yalnız jurnalın dərc olunmasından 1 il sonra verilirdi.

  • Paylaş: