Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın magistrantları “Ali məktəb pedaqogikası” fənnindən imtahan veriblər
18.06.2020 14:26
  • A-
  • A
  • A+

AMEA-nın magistrantları “Ali məktəb pedaqogikası” fənnindən imtahan veriblər

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsi nəzərdə tutulub. AMEA magistrantlarının ümumi və seçmə fənlər (“Ali məktəb pedaqogikası”, “Psixologiya” və “Fəlsəfənin əsasları”) üzrə imtahanlarının təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.

İyunun 16-da AMEA-nın 121 magistrantı “Ali məktəb pedaqogikası” fənnindən imtahanda iştirak edib. İnstitutun Tədris-İnnovasiya Mərkəzinin məsul əməkdaşlarının nəzarəti altında onlayn formada keçirilən imtahan müvəfəqiyyətlə başa çatıb.

Qeyd edək ki, “Fəlsəfənin əsasları” və “Psixologiya” fənləri üzrə imtahanların müvafiq olaraq, 22 və 29 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: