Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mətnin referatlaşdırılması üçün model təklif olunub
11.01.2017 16:26
  • A-
  • A
  • A+

Mətnin referatlaşdırılması üçün model təklif olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev,  institutun əməkdaşı Nicat İsazadə və Malaya Universitetinin (Malayziya) alimləri – Asad Abdi, Norisma İdrisin həmmüəllif olduqları “Mətnin referatlaşdırılması üçün model” (A Model for Text Summarization) adlı məqalə “International Journal of Intelligent Information Technologies” jurnalında dərc olunub.

Mətnin referatlaşdırılması sənədin əsas məzmununu saxlamaqla onun qısa versiyasının yaradılması prosesidir. Referatlaşdırmada əsas problemlər bütün mövzuları əhatə etmək və məzmuna görə bir-birini təkrarlayan cümlələrin iştirakını minimallaşdırmaqdır. Bu məqsədlə məqalədə cümlələrin ikimərhələli seçim modeli təklif olunub. İlk mərhələdə mətndəki bütün mövzuların aşkar edilməsi üçün cümlələr “k-means” metodunun köməyilə klasterləşdirilir. İkinci mərhələdə isə hər bir klasterdən məzmunca bir-birindən fərqli olan informativ cümlələrin seçilməsi üçün optimallaşdırma modeli təklif edilir.

Qeyd edək ki, “International Journal of Intelligent Information Technologies” jurnalı “Web of Science” (Thomson Reuters) bazasında indeksləşir. Jurnalda paylanmış intellektual sistemlər və texnologiyalar, intellektual Web-mining və biliyin aşkarlanması sistemləri, məxfilik, təhlükəsizlik və inam məsələləri, semantik veb və s. kimi mövzulara həsr olunmuş məqalələr nəşr edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: