Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni sayı işıq üzü görüb
01.09.2021 15:42
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayı işıq üzü görüb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının sayca 15-ci nömrəsi işıq üzü görüb.

Nəşrin bu sayında Azərbaycan, rus, ingilis və fars dillərində məqalələr yer alıb. Belə ki, jurnalda “Fəlsəfi antropologiyada cismani yanaşma”, “Sədrəddin Şirazi və Q.Leybnitsin fəlsəfi düşüncələrində şərr probleminin müqayisəli araşdırılması”, “Sovet Azərbaycanında dinə qarşı aparılan siyasətin xüsusiyyətləri (1920-1940)”, “Transsendent fəlsəfədə bəşəriyyətin müdrikliyinə əsasən insan haqlarının aksiologiyası” mövzusunda məqalələr öz əksini tapıb. Həmçinin “Nizamlı xaotika (xaos)”, “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və müttəfiqliyi müasir mətbuatda”, “Doğruluq plüralizmi nəzəriyyəsi: mənfi nəticələr və təhdidlər”, “Azərbaycan təsviri sənətində “Mimesis” məsələsinə baxış”, eləcə də “Nizami Gəncəvi dövrünün numizmatik faktları barədə” məqalələri də jurnalda yer alıb.

Qeyd edək ki, müxtəlif ölkələrdən tanınmış alimlərin təmsil olunduğu jurnalın baş redaktoru AMEA prezidentinin köməkçisi, fəlsəfə elmlər doktoru Ələddin Məlikovdur. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalələrin qəbul edildiyi jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

Jurnal “International Index Copernicus”, “İdeal Online”, “EBSCO”, “TEİ”, “CiteFactor”, “SID”, “Advanced Science İndex” və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: