Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Hubble NGC 6717 adlı teleskopu kürə yığılmasına nəzarət edir
08.09.2021 14:02
  • A-
  • A
  • A+

Hubble NGC 6717 adlı teleskopu kürə yığılmasına nəzarət edir

NASA/ESA Hubble Kosmik Teleskopundan istifadə edən astronomlar, NGC 6717 adlı uzaq bir kürə yığılmalarının möhtəşəm görüntüsünü hazırlayıblar.

Bildiyimiz kimi, kürə yığılmaları sıx bir şəkildə toplaşmış yüz minlərlə, hətta milyonlarla ulduzdan ibarət kürəşəkilli (sferik) yığılmaları özündə cəmləşdirir.

Onlar kainatın bilinən ən qədim cisimlərindən olub əsasən qalaktikanın qədim komponentləri ilə əlaqəlidirlər.

Qalaktikanın qalın diskləri arxasında gizlənmiş ən azı 150 və daha çox belə obyektlərin bizim kəhkəşanda mövcud olması güman edilir.

Həmçinin NGC 6717nin, təxminən bizdən 23.157 işıq ili məsafəsində Oxatan bürcündə yerləşməsi də qeydə alınıb.

İlk dəfə ESO 523-14 və GCl 105 olaraq bilinən bu yığılmalar, alman əsilli ingilis astronomu William Herschel tərəfindən 7 Avqust ,1784-cü ildə kəşf edilib.

Tədqiqatçılar son olaraq "Oxatan bürcünün yerləşdiyi gecə səmasının sahəsi, eyni zamanda işığı udan qaz və tozla dolu olan kəhkəşanın mərkəzini də əhatə edir" deyə qeyd ediblər.

Tərcümə etdi: Alidə Zeynalova

sci-news.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: