Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.2021 15:13
  • A-
  • A
  • A+

Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək

Stokholm və Osloda ənənəvi Nobel mükafatlarını təqdimetmə mərasimləri bu il keçirilməyəcək.

Nobel Fondunun nümayəndələri bu qərarı koronavirus pandemiyası ilə əlaqədar olaraq qəbul edib.

Hər il Nobel mükafatının təqdim olunması münasibətilə tədbirlər mükafatın banisi Alfred Nobelin vəfat etdiyi gün - dekabrın 10-da Stokholm və Osloda keçirilirdi. Onun vəsiyyətinə görə, Nobel Sülh Mükafatı istisna olmaqla, bütün mükafatlar hər il Stokholmda laureatlara təqdim olunurdu. Nobel Sülh Mükafatı Norveçin paytaxtı Osloda təqdim edilirdi.

Lakin Stokholmda fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara ənənəvi olaraq mükafatların təqdim edilməsi koronavirus ilə əlaqədar baş tutmayacaq. 2021-ci ildə mükafatlar laureatlara öz ölkələrində təqdim ediləcək.

Bu barədə Nobel Fondunun icraçı direktoru Vidar Helgesen bildirib. Onun sözlərinə görə, Stokholmda yalnız yerli ictimaiyyət üçün mərasim keçiriləcək.

Qeyd edək ki, Nobel mükafatının laureatları oktyabrın 4-dən 11-dək elan ediləcək.

  • Paylaş: