Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Seysmologiya və zəlzələ mühəndisliyi üzrə” VII beynəlxalq konfrans keçiriləcək
09.02.2022 14:05
  • A-
  • A
  • A+

“Seysmologiya və zəlzələ mühəndisliyi üzrə” VII beynəlxalq konfrans keçiriləcək

17-19 may 2022-ci il tarixlərində Bakıda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə 1902-ci il Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş “Seysmologiya və zəlzələ mühəndisliyi üzrə” VII beynəlxalq konfrans keçiriləcək. 

Konfransda xarici ölkələrin seysmoloji mərkəzlərinin və beynəlxalq seysmoloji təşkilatların nümayəndələri, yerli və xarici alimlərin iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak etmək üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat və materialların təqdim edilməsi  (tezislər, məqalələr, məruzələr) 25 mart 2022-ci il tarixinə qədər aparılacaq. Təqdim edilmiş materialların konfrans materialı kimi dərc olunması nəzərdə tutulub.

Konfransda iştirak etmək istəyən alim və mütəxəssislər 15 gün müddətində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi elektron ünvanına qebul@rsxm.science.az müraciət edə bilərlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: