Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK akademik qadınların kitab sərgisini virtual və ənənəvi formada təqdim edir
09.03.2022 10:35
  • A-
  • A
  • A+

MEK akademik qadınların kitab sərgisini virtual və ənənəvi formada təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ölkə və dünya elminə böyük töhfələr vermiş görkəmli akademik qadınlara həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.

Sərgidə akademik qadınlardan İzzət Orucovanın, Zərifə Əliyevanın, Ədilə Namazovanın, Nərgiz Paşayevanın, İradə Hüseynovanın, Gövhər Baxşəliyevanın, Zemfira Səfərovanın, Nailə Vəlixanlının, Nərgiz Axundovanın məhsuldar elmi fəaliyyətlərini özündə cəmləşdirən nəşrlər təqdim olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dahi liderin layiqli siyasi davamçısı Preizdent İlham Əliyevin qadınlar haqqında söylədiyi dəyərli fikirlərlə başlayan virtual sərgiyə görkəmli oftalmoloq alim, dünya tibb elminə əvəzsiz töhfələr verən akademik Zərifə xanım Əliyevaya həsr edilmiş dəyərli nəşrlər, akademik Nərgiz Paşayevanın görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr etdiyi “Dünya deyilən sənmişsən” kitabı, akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, akademik Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol”, “Hamıdan ucadır alimin yeri”, akademik Zemfira Səfərovanın “Ölməzlik”, “Azərbaycanın musiqi elmi: XIII-XX əsrlər”, akademik Nərgiz Axundovanın “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi”, akademik İradə Hüseynovanın həmmüəllif olduğu “Azərbaycanda fitoplazma xəstəlikləri”  və digər ədəbiyyatlar daxil edilib.

Qeyd edək ki, nəşrlərin bir qisminin yer aldığı virtual sərgi ilə yanaşı, oxucular MEK-də ənənəvi formada təşkil edilən sərgi ilə də tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: