Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

15.04.2022 15:28
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının inkubator rezidentinin stendinin açılışı olacaq

Yüksək Texnologiyalar Parkının inkubator rezidentinin stendinin açılışı olacaq

Aprelin 19-da “Bravo” marketin Koroğlu filialında “ABAD” publik hüquqi şəxsin dəstəyi ilə AMEA-nın Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyevanın rəhbərlik etdiyi “SmFreshOil”in “SmFreshOil by ABAD” stendinin açılış mərasimi keçiriləcək.

Stenddə müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanacaq.

“SmFreshOil by ABAD” stendində aşağıdakı çeşiddə sağlıqlı məhsulların satışı həyata keçiriləcək:

- Soyuq sıxım yağlar (qarazirə, kokos, kətan, balqabaq və s.);

- Əzmələr (fındıq, fıstıq, badam əzməsi və s.);

- Qlütensiz unlar (kokos, kətan, düyü unu, yaşıl qarabaşaq unu və.s.);

- Məcunlar və orqanik şokolad pastaları və s.

Qeyd edək ki, 4 ildən artıq müddətdir ki, “SmFreshOil” konservantsız, qatqısız və yüksək keyfiyyətli orqanik məhsulların istehsalı və satışını təşkil edir. İnkubator rezident hazırda soyuq sıxım yağlarla yanaşı, qlütensiz unlar, əzmələr, bitki toxumlarının jmıxlarının və s. istehsalını həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: