Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademiyanın elmi nailiyyətlərinin sərgisi KİV-də geniş işıqlandırılıb
05.05.2022 15:29
  • A-
  • A
  • A+

Akademiyanın elmi nailiyyətlərinin sərgisi KİV-də geniş işıqlandırılıb

Aprelin 27-dən etibarən AMEA-nın Əsas binasında təşkil olunan Akademiyanın elmi nailiyyətlərinin sərgisi ilə bağlı ölkənin aparıcı kütləvi informasiya vasitələrində silsilə video və fotoreportajlar yayımlanıb.

Belə ki, Azərbaycan Televiziyası, İctimai TV, ATV, Xəzər TV, ARB 24(keçid linkində 5:07-dən 10:25-dək), Space TV-də efirə getmiş videosüjetlərdə, həmçinin AzərTac, TrendReport agentliklərində yayımlanmış fotoreportajlarda sərginin məqsədi və nümayiş olunan materiallar barədə ictimaiyyətə geniş məlumat verilib, eləcə də AMEA-nın əməkdaşları müsahibələrində əldə etdikləri nailiyyətlərdən danışıblar.

Qeyd edək ki, “Elm günü” münasibətilə təşkil olunmuş sərgi mayın 6-da başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: