Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək
19.05.2022 09:40
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək

AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə oktyabrın 14-də “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.

Konfransa aşağıdakı elmi istiqamətlər üzrə məruzələr qəbul olunur:

- Texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri;

- Tarixşünaslıq və mənbəşünaslıq;

- Müasir dövrdə elmi diplomatiyanın rolu;

- Elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri;

- Postsovet məkanında beyin axını və mobillik;

- Elm tarixində qadınların rolu;

- Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi;

- Təbiət və dəqiq elmlər tarixi;

- Elmmetrik tədqiqatlar;

- Elmin sosioloji problemləri;

- Yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi;

- Elm və təhsildə innovativ proseslər.

Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində sentyabrın 5-dək jhsss.hs.anas@gmail.com ünvanına təqdim edilməlidir.

Tezis və məqalələr üçün tələblər:

-tezisin həcmi 2-5, məqalənin həcmi 10-15 Word səhifəsində, A4 formatında olmalıdır;

-mətnin şrifti Times New Roman 12;

-kənar boşluqlar: yuxarı və aşağı 2 sm., sağ 1 sm., sol 3 sm.;

-sətirlərarası məsafə: 1.5;

-məqalədə istinadlar APA style ilə verilməlidir.

Tezis və məqalələrin strukturu:

- titul (mətnə qədər olan hissə);

-İngilis dilində xülasə və açar sözlər;

-məqalə giriş, əsas mətn, nəticə və ədəbiyyat siyahısından ibarət olmalıdır.

 İştirakçılar haqqında məlumat:

- ad, soyad, ata adı;

- işlədiyi müəssisənin adı;

- vəzifəsi;

- elmi dərəcəsi və elmi adı;

- e-mail ünvanı;

- əlaqə telefonları;

- UOT və ORCID.

Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti 115, 2-ci mərtəbə.

Əlaqə telefonları: (+99412) 539-51-34; (+99450) 268-22-44.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: