Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi fəaliyyətini uğurla davam etdirir
25.05.2022 10:14
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi fəaliyyətini uğurla davam etdirir

Tarix boyu təhsil insanların həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının təminatıdır və günümüzün dinamik iqtisadiyyatı elm, təhsil və innovasiya transferi üzərində öz yüksək inkişaf mərhələsinə çatmışdır.

Təhsilin inkişafı həm də onun keyfiyyəti ilə xarakterizə olunur. Təhsilin keyfiyyəti isə öz növbəsində müəllimin bilik və təcrübəsindən asılıdır. Bu iki istiqamət AMEA-nın alimlərində bir-birini tamamlayır. Məhz bunu AMEA-nın doktorant və magistrantlarının timsalında göstərmək olar. Onlar yüksəkixtisaslı alimlərdən təhsil alır, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçirlər.

Elm və təhsilin inteqrasiyasını əsas prioritet kimi qəbul edən Azərbaycan Milli Elmlər Akademiyası, bildiyimiz kimi, elm ocağı olmaqla yanaşı, təhsil sahəsində də öz töhfəsini verir. Buna görə də AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi əsas və vacib şöbələrdən biri kimi qiymətləndirilir. AMEA-nın təhsil ilə bağlı mühüm işləri bu şöbə tərəfindən həyata keçirilir.

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi AMEA-nın elmi müəssisələrində tədris prosesinin təşkili, bu sahədə uğurlu nəticələrin əldə olunması, AMEA-nın doktorantura və dissertanturasına, həmçinin magistraturasına qəbul prosesi, yay və qış imtahan sessiyasına hazırlıq işləri, bu işlərlə bağlı məsələlərin icrası ilə məşğuldur.

Hazırda doktoranturada ixtisas imtahanlarının qəbulu yüksək səviyyədə davam edir. AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş fəlsəfə və elmlər doktoru üzrə doktorluq imtahanlarında AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin əməkdaşları da müşahidəçi qismində iştirak edirlər. Sentyabr ayında isə tərəfimizdən təşkil olunacaq “Fəlsəfə” fənni imtahanında fəlsəfə doktoru üzrə doktoranturaya sənəd verən iddiaçılar (iyun ayında xarici dil üzrə imtahanın nəticəsindən asılı olaraq iddiaçıların dəqiq sayı bəlli olacaq) iştirak edəcəklər.

Bunlarla yanaşı, dissertasiya şuralarına təqdim olunması üçün doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini əks etdirən “Doktorluq imtahanlarının verilməsi haqqında” vəsiqələrin hazırlanması işi də mütəmadi olaraq davam edir.

AMEA-nın magistraturasında da gərgin iş rejimi davam edir. Hazırda yaz semestrinin yekunlarına dair sənədlər, yəni müəllimlərin saathesabı dərs yükünün hesablanıb Maliyyə şöbəsinə təhvil verilməsi, II kurs magistrantların elmi-tədqiqat və elmi pedaqoji təcrübələrdə aldıqları qiymətlərin ümumiləşdirilərək hazırlanmaqda olan diplom əlavələrinə daxil edilməsi, yay imtahan sessiyasına hazırlıq sahəsində işlər-seçmə və ümumi fənlərdən imtahanların tərəfimizdən təşkili, ixtisas fənləri üzrə imtahanların yekun cədvəlinin tərtib olunması, “Məzun günü”nə hazırlıq və s. işlər yerinə yetirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: