Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“James Webb” teleskopunda alınmış yeni unikal təsvir
30.08.2023 12:35
  • A-
  • A
  • A+

“James Webb” teleskopunda alınmış yeni unikal təsvir

NASA-nın “James Webb” teleskopu haqqında bir neçə dəfə məlumat vermişdik. Hazırda kosmik teleskop infraqırmızı spektral diapazonda yüksək ayırdetməli çox nadir təsvirlər almışdır. Onlardan biri Herbiq-Aro 46/47 adı ilə məlum olan yeni formalaşmaqda olan sıx qoşa ulduzlardır. Bu obyektin cəmi bir neçə min il yaşı var və tam ulduz formasına düşmək üçün hələ bir neçə milyon il lazımdır.

Qeyd edək ki, belə obyektlərin tədqiqi bu ulduzların göstərilən vaxt ərzində nə qədər kütlə yığmasını müəyyən etməyə və gələcəkdə onların modelləşdirilməsini həyata keçirməyə imkan verir. Bu da bizim Günəş sisteminin necə yaranması haqqında geniş məlumatlar toplamağımıza imkan verir.

Daha ətraflı buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: