Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.12.2024 15:34
  • A-
  • A
  • A+

“Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib

“Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon Təşkilatının Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) ilə birlikdə təşkil olunub.

Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, professor Hüseyn İbrahimov açıb. O, mövzunun aktuallığını qeyd edərək bu  istiqamətdə tədbirin keçirilməsinin təqdirə layiq olduğunu qeyd edib. Bildirib ki, iqlim məsələləri bütün dünyada olduğu kimi, Azərbaycanda də gənclər üçün böyük əhəmiyyət kəsb edir. O, gənclərin iqlim siyasətindəki rolundan bəhs edib.

Dəyirmi masa institutun GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimovun çıxışı ilə davam edib. O, bugünlərdə ölkəmizdə keçirilən COP29 tədbirinin əhəmiyyətliliyindən danışıb. Bildirib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi gənclər üçün də geniş imkanlar yaratdı. O, COP29 konfrasının təşkili üçün gənc könüllülərin cəlb olunmasından danışıb. Qeyd edib ki, könüllülük proqamı gənclərin müxtəlif sahələrdə bacarıqlarının inkişaf etməsi istiqamətində mühüm rol oynadı. B.İbrahimov COP29 kimi tədbirlərin keçirilməsinin gənclərin iqlim siyasətindəki rolunu gücləndirdiyini vurğulayıb.

Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova gələcək nəslin cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, millətin mövcudluğu üçün sağlam gənclik olmalıdır. O, hər bir ölkədə gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu vurğulayıb. Ş.Xəlilova gənclərə ictimai işlərdə fəal və yenilikçi olmağı tövsiyə edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: