Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
27.09.2021 12:05
  • A-
  • A
  • A+

AMEA-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Sentyabrın 27-də saat 12:00-da AMEA-nın elmi müəssisə və təşkilatlarında Azərbaycanın ərazi bütövlüyü yolunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AMEA əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri elmi həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib, İkinci Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa versin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: