Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında Vətən müharibəsinə həsr olunmuş məqalələr yer alıb
22.10.2021 14:46
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında Vətən müharibəsinə həsr olunmuş məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 36-cı nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfərlərinə dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli və Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində AMEA əməkdaşlarının da iştirakı, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki, Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı, “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazda güc mərkəzi”, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar”, “Cənubi Qafqazda postmünaqişə vəziyyətinin siyasi-hüquqi aspektləri” mövzularında keçirilən konfranslar, Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə görüş, “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda lektoriya və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, “Böyük qayıdış epopeyası”, “Böyük humanist sənətkar Nizami Gəncəvi”, “Qarabağın quru onurğalılarının faunası, bərpa yolları və mühafizəsi”, “Ermənilərin bitməyən iştahını küsdürən Dəmir Yumruq”, “Dünya şöhrətli qədim insan düşərgəsi olan Azıxa həsr olunmuş monoqrafiya” sərlövhəli məqalələr, nəşrlər, elmi yeniliklər, elan, müsabiqə və s. informasiyalar oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: