Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi ilə Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
26.05.2022 10:50
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi ilə Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Qazaxıstan Respublikasının R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru, dosent Duysen Qalımjan və həmin institutun baş elmi işçisi, iqtisad elmləri doktoru, dosent Dina Aytjanova AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində olublar.

Qonaqları salamlayan Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva AMEA-da həyata keçirilmiş arxiv işləri haqqında qonaqlara məlumat verərək dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirib, Qazaxıstanla arxiv sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinin müsbət tərəflərini vurğulayıb. Sazişin hər iki tərəf üçün faydalı olacağını bildirib.

Həmçinin Zemfira Hacıyeva 22 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Baş Nazirinin Birinci müavininin məktubuna cavab olaraq MDB ölkələri tarix institutlarının təşəbbüsü ilə hazırlanmış MDB ölkələrinə üzv dövlətlərin Beynəlxalq Tarixçi və Arxivçilər Assosiasiyası (Komissiyası) haqqında Əsasnamənin və MDB Xarici İşlər Nazirləri Şurasının bu məsələ ilə bağlı Qərar layihəsinin təsdiqlənməsi üçün Elmi irs şöbəsinin geniş rəy və təkliflər hazırladığını qeyd edib.

Duysen Qalımjan isə öz növbəsində təmsil etdiyi qurum barədə məlumat verib, institutun 5 şöbəsində 50 elmi işçinin, o cümlədən 12 elmlər və 25 fəlsəfə doktorunu çalışdığını, son illərdə müəssisədə 300-dən çox monoqrafiyanın nəşr olunduğunu bildirib.

Sonda tərəflər imzalanan memorandumun əhəmiyyətinə toxunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: