Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
10.06.2022 11:44
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, İqtisadiyyat İnstitutunda yeni struktur islahatlarının müzakirəsi, “Azərbaycan Respublikasının tarixi (1991-2021)” kitabının təqdimatı, akademik Rasim Əliquliyevin BMU-da “TEKNOFEST Azərbaycan”a həsr olunmuş tədbirdə iştirakı, AMEA-da akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya, Türk Akademiyaları Birliyində Azərbaycanın sədrliyi dövrünün hesabatı, “Azərbaycan baytarlıq elminin banisi”, “Görkəmli ixtioloq”, “Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışının dövlətçilik tariximizdə yeri”, “Qarabağ kurqanları”, “Azərbaycan elminin beynəlxalq reytinqini necə yüksəldək?” sərlövhəli məqalələr və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: