Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyada ilk dəfə kvant kompüterinin platası yaradılıb
28.06.2022 13:27
  • A-
  • A
  • A+

Dünyada ilk dəfə kvant kompüterinin platası yaradılıb

Avstraliya alimləri dünyada ilk dəfə klassik, lakin kvant miqyaslı kompüter çipinin bütün əsas komponentlərini özündə birləşdirən kvant kompüterinin sxemini yaradıblar.

Bu əlamətdar kəşf doqquz il ərzində hazırlıq tələb edib.

“Bu, fəaliyətim müddətində ən əhəmiyyətli kəşfdir”, - deyə “Silicon Quantum Computing”in təsisçisi və Kvant Hesablamaları üzrə Qabaqcıl Təcrübə və Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru, kvant fiziki Mişel Simmons müsahibəsində bildirib.

M.Simmons və onun komandasının yaratdığı funksional kvant prosessorda hər bir atomun bir neçə kvant halına malik olduğu kiçik molekulun modeli hazırlanaraq müvəffəqiyyətlə sınaqlardan keçirilib.

Bu kəşf sayəsində kvant emalının gücündən istifadə etməklə hətta ən kiçik miqyasda belə, bizi əhatə edən aləmi daha yaxşı anlamaq mümkün olacaq.

https://www.techinsider.ru

  • Paylaş: