Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın həmtəsisçisi olduğu beynəlxalq jurnalın impakt faktoru 3.898-dən 4.771-ə qalxıb
28.06.2022 17:33
  • A-
  • A
  • A+

AMEA-nın həmtəsisçisi olduğu beynəlxalq jurnalın impakt faktoru 3.898-dən 4.771-ə qalxıb

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun da həmtəsisçisi olduğu “Applied and Computational Mathematics” beynəlxalq jurnalının  “Web of Science” bazasında təsir əmsalı (impakt faktoru) 3.898-dən 4.771-ə, beş illik təsir əmsalı isə 2.752-dən 3.172-yə qalxıb.

Qeyd edək ki bu jurnal tətbiqi riyaziyyat üzrə yer alan 267 jurnal içərisində 4-cü yerdə qərarlaşıb, MDB məkanı üzrə isə liderliyini saxlayaraq 1-ci yerdədir.

Jurnalın  həmbaş redaktorları akademiklər Fikrət Əliyev və Əli Abbasovdur. Baş redaktor müavinləri AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin professoru Nazim Mahmudov dosent Nərgiz Səfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: