Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı nəşr olunub
08.07.2022 15:20
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanışlığı və Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki yer alıb.

Bundan əlavə, İrəvan şəhərinin Təpəbaşı məhəlləsinin taleyi və Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması ilə bağlı kitabın təqdimatı, Azərbaycanın elm və ictimaiyyət xadimlərinin İrəvandakı Təpəbaşı məhəlləsində xalqımızın irsinə qarşı mədəni soyqırımı ilə bağlı UNESCO-ya ünvanladıqları müraciət, AMEA magistrlərinin “Məzun günü”, Koreya-Azərbaycan III Humanitar Forumu, İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası, Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü” sərlövhəli məqalə, yeni nəşrlər, müsabiqə, elan və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: