Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.09.2022 10:18
  • A-
  • A
  • A+

MEK-ə üzv olan oxucuların sayı artmaqda davam edir

MEK-ə üzv olan oxucuların sayı artmaqda davam edir

Müxtəlif elm sahələrini əhatə edən nəşrlərlə zəngin olan, ölkənin ən qabaqcıl kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) üzv olan oxucuların sayı günbəgün artır.

2022-ci ilin 7 ayı ərzində Mərkəzi Elmi Kitabxanada 700-ə yaxın, avqust ayında isə 65-dən artıq yeni oxucu qeydiyyatdan keçərək üzvlük kartı əldə edib. Onlardan 20-yə yaxını Qarabağ və Vətən müharibəsi qaziləri və veteranları, 200-ə yaxını isə AMEA-nın əməkdaşları, həmçinin dissertantları, doktorantları və magistrlarıdır. Üzv olan oxucular sırasında tələbələr və müstəqil araşdırmaçıların da sayı az deyil.

Müxtəlif təbəqələrdən olan oxucuların MEK-in fondlarına müraciət etmələrinə əsas səbəb kitabxanada bütün elm sahələrini əhatə edən nəşrlərin çoxluğu, fondların müasir üslubda təşkili və oxucuların rahatlığı üçün hər cür şəraitin mövcud olmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: