Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28 illiyi və Neftçilər Günü münasibətilə sərgi təşkil olunub
20.09.2022 16:36
  • A-
  • A
  • A+

MEK-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28 illiyi və Neftçilər Günü münasibətilə sərgi təşkil olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Əsrin müqaviləsi”nin imzalanmasının 28 illiyi və Neftçilər Günü münasibətilə sərgi təşkil olunub.

İki həftə müddətində davam edəcək sərgidə yer alan nəşrlər sırasında İbrahim bəy Musabəyovun “Neft milyonlar səltənətində”, V.Abbasov, D.Məmmədov, S.Rəsulov, R.Cəfərova və M.Abbasovun “Neft kimyası və neftin ilkin emalı”, M.Kərimovun “Neft və qaz layihələrinin idarə olunmasının riyazi təminatı”, V.Abbasov, H.İbrahimov, S.Hacıyeva, S.Məmmədxanova, E.Abdullayev və F.Əmirovun “Neft və qaz emalı proseslərinin kimyası və texnologiyası”, Raif Qaradağın “Neft fırtınası”, M.Mirzəyev və C.Mirzəliyevin “Neft haqqında nə bilirsiniz?”, A.Məhərrəmov və M.Bayramovun “Neft kimyası və neft-kimyəvi sintez”, S.Frederik Starr, Svant E. Kornellin “Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi” kitabları və digər nəşrlər yer alır.

Qeyd edək ki, bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: