Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər embrion və xərçəngin inkişafının eyni molekulyar mexanizmlə bağlı olduğunu müəyyən ediblər
05.10.2022 16:51
  • A-
  • A
  • A+

Alimlər embrion və xərçəngin inkişafının eyni molekulyar mexanizmlə bağlı olduğunu müəyyən ediblər

Alimlər embrionda genlərin ekspressiyasının mayalanmadan bir neçə gün sonra deyil, dərhal sonra başladığını müəyyən ediblər. Bundan başqa, bu prosesin aktivləşdirilməsində xərçəng şişlərinin inkişafını dəstəkləyən molekulyar mexanizmlər iştirak edir. Tədqiqatın nəticələri xərçəng əleyhinə preparatların yaradılması üçün yeni imkanlar açacaq.

Böyük Britaniyanın Bata və Kembric universitetlərinin tədqiqatçıları tərəfindən aparılmış tək hüceyrə RNK-sının sekvensi göstərib ki, insan embrionlarında genlərin ekspressiyası artıq bir hüceyrə mərhələsində başlayır.

Tədqiqatın nəticələri "Trends in Cell Biology" jurnalında dərc edilib.

Digər bir maraqlı kəşf ondan ibarətdir ki, embrionda yaranmış ilk genlər xərçənglə bağlı amillərin transkripsiyasını, o cümlədən protoonkogen MYC və MYCN zülallarını aktivləşdirir.

Xərçəngin yaranma üsulu hələ ki, elmə məlum deyil. Onun ilk diaqnozu qoyulduğu zaman xəstəlik artıq inkişaf etmiş olur.

Xərçəng şişinin inkişafına səbəb olan amillərin müəyyən edilməsi onkoloji xəstəliklərin diaqnostika və müalicəsinin yeni metodlarını hazırlamağa imkan verəcək.

https://naked-science.ru

  • Paylaş: