Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
07.10.2022 14:55
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakına dair məlumat, eləcə də “Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı, AMEA-nın Rəyasət Heyətinin növbəti iclası, Tarix Muzeyində “Silahın mistik gözəlliyi” adlı kataloqun, eləcə də “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk abidənin Bakıda təqdimatı, “Rusiya şərqşünaslığının patriarxı”, “Aida xanım İmanquliyevanın əsərləri gələcək nəsillər üçün fəlsəfi tədqiqat mənbəyidir”, “Farsdilli mənbələrin tədqiqatçısı” sərlövhəli məqalələr, akademik Vaqif Abbasovla müsahibə, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: