Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Arif Həşimova özbəkistanlı nazirdən təşəkkür və dəvət məktubu göndərilib
07.10.2022 19:14
  • A-
  • A
  • A+

Akademik Arif Həşimova özbəkistanlı nazirdən təşəkkür və dəvət məktubu göndərilib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin imzası ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimova Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbrohim Abdurahmonov tərəfindən təşəkkür və Daşkənd şəhərində keçiriləcək “İnnoWeek.uz” Beynəlxalq İnnovativ İdeyalar Həftəsində iştirakla bağlı məktub göndərilib. Məktubda deyilir:

“AMEA-nın prezidenti v.i.e, akademik A.M.Həşimova

Hörmətli Arif Məmməd oğlu!

İcazə verin, göstərdiyiniz qəbula və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyətinin təcrübə keçməsi zamanı sərf etdiyiniz vaxta görə Sizə təşəkkürümü bildirim. Biz elm və innovasiya sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Bu səfər nazirliyin nümayəndələri üçün böyük məlumat bazası və əvəzsiz təcrübə qazandırdı.

Eyni zamanda, operativliyinə, peşəkar səviyyəsinə, eləcə də iki ölkənin idarələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəallığına görə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əməkdaşı –  Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Hüseynova Aytən Bəxtiyar qızının fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, elm və innovasiya sahəsində ixtisaslaşma və təcrübə mübadiləsi üzrə bu təşəbbüs bu sahədə səmərəli ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymuşdur.

Həmçinin icazə verin, Sizi bu ilin 17-22 oktyabr tarixlərində Daşkənddə keçiriləcək “Innoweek.uz-2022” innovativ ideyalar həftəsinə dəvət edim.

Hörmətlə,

Nazir        akademik İ.Abdurahmonov”

Qeyd edək ki, bu günlərdə akademik Arif Həşimov AMEA-da Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyəti ilə görüşüb və qonaqlar bir sıra tədbirlərdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: