Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
14.10.2022 15:03
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakına dair məlumat, eləcə də “Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, akademik Lətif İmanovun 100 illiyinə həsr olunan beynəlxalq konfrans, Azərbaycan-Çin əlaqələrinin 30 illiyi münasibətilə keçirilən tədbir, AMEA nümayəndələrinin Türkiyədə keçirilən beynəlxalq simpoziumda iştirakı, Yer Elmləri üzrə, eləcə də Fizika-Riyaziyyat və Texnika Elmləri üzrə Problem şuralarının, həmçinin İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasları, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda türkiyəli və qazaxıstanlı alimlərlə görüş, “İrəvan, Ağrı dağı və erməni iddiaları” sərlövhəli məqalə, elan, müsabiqələr və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: