Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri ilə bağlı məqalələr yer alıb
04.11.2022 16:44
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri ilə bağlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakına dair məlumat və “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı yer alıb.

Bundan əlavə, “Vətən savaşında tarixi Zəfər – Heydər Əliyevdən İlham Əliyevə”, “İranda türklərin ana dilində oxuyub-yazmalarına niyə imkan verilmir?, “Fransa və dünya ictimaiyyətini çaşdırmaq səyi”, “Qürbət taleli soydaşlarımızın ləhcəsi və folkloru haqqında düşüncələrim”, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, “Kərimli kurqan kompleksində ilk dəfə seysmik kəşfiyyat üsulu ilə tədqiqat aparılıb”, “Ədalətin təntənəsi” sərlövhəli məqalələr, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının müzakirəsi, “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda konfrans, AMEA-nın Rəyasət Heyətinin iclası, “Xarıbülbülün vətəni – Şuşa” adlı sərginin açılışı, “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” mövzusunda elmi sessiya və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: