Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İnsan hüceyrələrinin dəqiqliklə vizuallaşdırılması texnologiyası hazırlanıb
22.11.2022 09:22
  • A-
  • A
  • A+

İnsan hüceyrələrinin dəqiqliklə vizuallaşdırılması texnologiyası hazırlanıb

Bekman Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan olan alimlər hüceyrələrin vizuallaşdırılmasının yeni texnologiyasını təqdim ediblər.

Onlar infra-qırmızı spektrometriyanın köməyilə nanoölçüdə (insan telindən 100 min dəfədə daha incə) təsvirlər yaradırlar.

Alimlər izah edirlər ki, optik mikroskopiya səthin rəng və struktur kimi xüsusiyyətlərinin təsviri üçün görülən işıqdan istifadə etdiyi halda, kimyəvi vizuallaşdırma hüceyrə nümunəsinin daxili vəziyyətini aşkar etmək üçün görünməyən infraqırmızı işıqdan istifadə edir. Hüceyrə infraqırmızı şüanın təsirinə məruz qaldıqda onun temperaturu yüksəlir və o genişlənir.

Tədqiqatçılar infraqırmızı siqnalı küyü əlavə etmədən gücləndirməyə imkan verən detektorun hərəkətindən ayıran tənzimləyici hazırlayıblar. Tədqiqat göstərib ki, hazırlanmış tənzimləyici siqnal-küy münasibətlərini müasir texnologiyalarla müqayisədə, təxminən 24 dəfə yaxşılaşdırır.

hightech.fm

  • Paylaş: