Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Torpağı və suyu toksik civə birləşmələrindən təmizləmək üçün parazit göbələyindən istifadə olunacaq
22.11.2022 16:52
  • A-
  • A
  • A+

Torpağı və suyu toksik civə birləşmələrindən təmizləmək üçün parazit göbələyindən istifadə olunacaq

Civə demək olar ki, bütün canlı orqanizmlər üçün zərərlidir, lakin bakteriyaların, göbələklərin və bitkilərin hətta çirklənmiş suda və torpaqda belə artmağa və çiçəklənməyə qadir olan növləri mövcuddur. ABŞ və Çindən olan beynəlxalq tədqiqatçılar qrupu təhlükəli metalla çirklənmiş əraziləri təmizləmək üçün belə növlərdən biri olan geniş yayılmış parazit göbələyindən istifadə etməyi təklif edirlər. 

Metarhizium robertsii göbələyinə əvvəllər kənd təsərrüfatının zərərvericiləri ilə mübarizənin bioloji vasitəsi kimi baxırdılar. Müəyyən edilib ki, Metarhizium robertsii mədəni bitkilər üçün təhlükəli olan göbələklərin fəaliyyətini dayandırmaq imkanına malikdir.

Alimlər göbələyin genini tədqiq etməklə onda civə birləşmələrini zərərsizləşdirmək imkanına malik bakteriyaların geninə çox oxşar iki gen aşkar ediblər.

Tədqiqat nəticəsində göbələyin faydalı xüsusiyyətlərinin siyahısına daha biri əlavə olunub. Məlum olub ki, civə ilə çirklənmiş torpaqda bu göbələklər mövcud olarsa, burada yetişmiş qarğıdalı tərkibinə görə adi qarğıdalıdan fərqlənmir.

Araşdırmaların nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

naked-science.ru

  • Paylaş: