Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
04.12.2022 14:49
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Bundan əlavə, akademik Musa Rüstəmovla vida mərasimi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin İranda Azərbaycan dilinin məqsədli şəkildə yadlaşdırılması ilə bağlı fikirləri, AMEA prezidentinin Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatında iştirakı, “44 günlük müharibənin zirvəsi Şuşa” mövzusunda elmi konfrans, “85 yaşın zirvəsində”, “İranda baş verən son hadisələrin kökləri”, “Qarabağın quşçu toponimləri” sərlövhəli məqalələr, yeni nəşrlər, elan, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: