Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyada ən böyük radioteleskopun tikintisinə başlanılıb
09.12.2022 14:09
  • A-
  • A
  • A+

Dünyada ən böyük radioteleskopun tikintisinə başlanılıb

İnterferometr Yer kürəsinin müxtəlif qitələri üzrə paylanılıb və kainatda ilk ulduzların doğuluşunu görə və həyatın mümkün ola biləcəyi uzaq ekzoplanetlərdə radarların işini qeydə ala biləcək.

Square Kilometre Array (SKA) artıq təxminən 30 ildir ki, hazırlanır, lakin yalnız indi Avstraliyada  yüz mindən çox antennadan ibarət massiv - SKA-Low-un tikintisinə başlanılıb. Alimlər bu cihazı yüzilliyin ən genişmiqyaslı elmi layihələrindən biri adlandırırlar. O, ilk ulduzların yarandığı və ilk qalaktikaların meydana çıxdığı ən erkən kainata nəzər salmağa, həmçinin yadplanetli sivilizasiyaların axtarışına imkan verəcək.

Bu barədə SKA Organisation beynəlxalq konsorsiumunun press-relizində məlumat verilir.

SKA - maksimal böyük məsafəyə aparılmış və vahid teleskop kimi hərəkət edən çoxsaylı antennalardan ibarət olan radiointerferometrdir.

Bundan başqa, SKA Organisation konsorsiumunun iştirakçıları qeyd edirlər ki, interferometrin həssaslığı Marsda astronavtın cibində mobil telefonu müəyyən etmək imkanına malik olacaq. Bu, SKA-nı Yerdən kənar sivilizasiyalardan mümkün siqnalın axtarışı üçün perspektivli alətə çevirir.

https://naked-science.ru

  • Paylaş: