“Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə aparılmış spektroskopik müşahidələr Böyük partlayışdan 400 milyon il sonra yaranmış dörd qədim qalaktikanın mövcudluğunu təsdiq edib. Onlardan üçünün Yer kürəsindən ən uzaqda yerləşən qalaktikalar olduğu müəyyənləşib.
Teleskop bu qalaktikaların 13,4 milyarddan çox il əvvəl buraxdığı işığı qeydə alıb. Bu onun Böyük partlayışdan 400 milyon il sonra yarandığını göstərir.
Bu tədqiqat alimlərin “Ceyms Uebb” kosmik teleskopunda hazırladıqları iki alət: yaxın infra-qırmızı diapazonun (NIRCam) kamerası və yaxın infra-qırmızı diapazonun (NIRSpec) spektroqrafı üzrə əməkdaşlığının nəticəsidir.
İşin müəlliflərinin fikrincə, bu erkən qalaktikalarda ulduz yaranışı hazırda müşahidə olunduğu yaşdan təxminən 100 milyon il əvvəl başlamalı idi. Bu fakt ən erkən ulduzların formalaşmasının güman edilən vaxtını Böyük partlayışdan 225 milyon il sonra baş verdiyini deməyə əsas verir.