Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərqşünaslıq İnstitutu akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
21.12.2022 18:10
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Müasir dövrdə qadınlar müxtəlif sahələrdə kişilərlə çiyin-çiyin çalışır və bir çox uğurlara imza atırlar. Belə ki, tarixə nəzər salsaq diplomatik əlaqələr quran, Nobel və digər mükafatlara layiq görülən, aviasiya sahəsində hünər göstərən, elmdə öz töhfəsini verən və s. kimi  qadınları görmək mümkündür. Belə qadınlardan biri də Azərbaycanın görkəmli oftalmoloq-alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə Əziz qızı Əliyevadır.

6-7 mart 2023-cü il tarixlərində AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Zərifə xanım Əliyevanın xatirəsini əziz tutaraq anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans təşkil edəcək. Konfrans Misir Ərəb Respublikası Milli Məclisinin Bint Bələd üzrə Qadınlar Cəmiyyəti, İraq Respublikası Strateji Araşdırmalar mərkəzi, Çin Xalq Respublikasının Hebey Universiteti, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-tədqiqat İnstitutu və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun iştirakı ilə onlayn keçiriləcək.

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslq İnstitutu beynəlxalq konfransa tezislərin qəbulunu elan edir.

Konfransın əhatə etdiyi mövzular:

1. Tarix və ədəbiyyatda qadın;

2. Elm və təhsildə qadın;

3. İncəsənət və mədəniyyətdə qadın;

4. Müasir dövrdə qadın problemləri;

5. Günümüzdə qadın.

Tezislər  Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. 

Məruzə tezislərinin mətni 200-250 sözdən ibarət olmaqla, Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır. Tezislər konfransın elektron ünvanına womensconference@mail.ru göndərilməlidir.

Tezislərin qəbulunun son tarixi 20 yanvar 2023-cü ildir. Qəbul olunan tezislərin elanı 10 fevral 2023-cü ildir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq)

Tel.: (+994 55) 392 96 41

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: