Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın magistraturasında qış imtahan sessiyası keçirilir
09.01.2023 11:40
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasında qış imtahan sessiyası keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin 21 dekabr 2022-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən qış imtahan sessiyasının 2023-cü il yanvar ayının 5-dən fevral ayının 2-dək keçirilməsi nəzərdə tutulub.

İmtahanlar qüvvədə olan normativ hüquqi sənədlərə və təlimatlara uyğun həyata keçirilir, bütün zəruri təşkilati və texniki tədbirlər görülüb, elmi müəssisələrə lazımi metodiki köməklik göstərilib.

Qış imtahan sessiyasının nəticələrinə görə, təqaüd almaq hüququ olan magistrantların siyahısı 2023-cü il fevral ayının 15-dək müəyyən ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: