Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Astronomlar güclü aktiv qalaktika nüvəsi aşkar ediblər
17.01.2023 14:15
  • A-
  • A
  • A+

Astronomlar güclü aktiv qalaktika nüvəsi aşkar ediblər

Qalaktikaların aktiv nüvələri alimlərin əvvəllər hesab etdiyindən daha çox güc ayıra bilirlər. Bu haqda Kaliforniya Universitetinin alimləri bildirib.

Bir çox qalaktikaların mərkəzində aktiv nüvələr yerləşir. Alimlər hesab edirlər ki, ağır çəkili qara dəlik özünə maddələri çəkərək onları yüksək temperaturlara qədər sıxıb qızdırmaqla bu nüvələri əmələ gətirir. Bu, enerjinin müxtəlif formalarda güclü ayrılmasına gətirib çıxarır. Bu halda ən parlaq aktiv nüvələr qalaktikada olan bütün digər ulduzların işığını tutmağa qadirdir.

Alimlər müəyyən ediblər ki, bugünədək bu obyektlərin real gücünü qiymətləndirməyiblər. Bu yanlışlıq nüvələri əhatə edən böyük miqdarda qaza və toza görə baş verib.

Bizim baxış bucağımızda xırda hissəciklər olduqda bu, arxada olanları daha tutqun edir. Biz bunu Günəşin daha tutqun göründüyü istənilən aydın gündə qürubda görə bilərik. Uzun müddət bu effekt əhəmiyyətsiz hesab edilirdi, lakin biz müəyyən etdik ki, tipik aktiv qalaktika nüvəsinin uzaq ultrabənövşəyi şüası olduqca güclü tutqunlaşır, - deyə işin müəlliflərindən biri Martin Qaskell bildirib.

https://www.gazeta.ru/

  • Paylaş: