20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.